Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

17 Yanvar 2020 - 12:24

Bu ayın sonunadək Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılıb.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüşdə bu məsələ müzakirə olunub.