Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan və Ermənistan XİN rəhbərləri Maltada niyə görüşməyib?

Orkhan Ali 05 Dekabr 2024 - 16:21 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun blinken mirzo

ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Apa Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detallarını öyrənə bilib.

Diplomatik mənbələrdən agentliyə bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.

Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb.

Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.

Səbəb isə budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.

“Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, – deyə diplomatik mənbə bildirib.

Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.

Post navigation

Previous: YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Next: Azərbaycanda qiymətli metallara dair dövlət standartları qəbul edilib

Oxşar xəbərlər

ilham aliyev
  • Siyasət

Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 14:07
dollar qizil
  • Siyasət

Rusiya büdcə kəsirini bağlamaq üçün qızıl satır –– 62 ton qızıl hara gedib?

User 20 Oktyabr 2026 - 21:21
xin
  • Siyasət

Xarici İşlər Nazirliyi Fransaya səyahətlə bağlı xəbərdarlıq edib

User 20 Oktyabr 2026 - 19:34

xƏBƏR

putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff müharibənin dayandırılmasına yönəlmiş Rusiya, Ukrayna və Avropa nümayəndələri ilə danışıqların konstruktiv...
Read more about ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır
İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır? abs iran danisiq
  • Dünya

İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır?

User 21 Oktyabr 2026 - 21:31
Ərdoğan Prezident İlham Əliyevə zəng edib ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54
Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.