Azərbaycan və Qazaxıstan dəmir yolları arasında əməkdaşlq sazişi imzalanıb

Qazaxıstanın Nur-Sultan şəhərində “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov logistika sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığa dair saziş imzalayıblar.

u barədə çərşənbə günü ADY-dən məlumat verilir.

Görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə multimodal daşımaların gələcək inkişafına dair müzakirələr aparılıb. “Tərəflər marşrut üzrə keçid qabiliyyətinin artırılması və tranzit vaxtının azaldılması istiqamətində görülən işlərin gücləndirilməsinin vacibliyini qeyd ediblər”, – məlumatda deyilir.

ADY-dən bildirilir ki, 2021-ci il üçün BTNM marşrutu üzrə daşımaların həcmi 586,2 min ton, konteynerlərin daşınması 25 270 TEU olub. 2022-ci ilin yanvar-mart aylarında həmin marşrut üzrə 266,3 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur. Konteyner daşımaları 5847 TEU təşkil edib. Bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 19% çoxdur.

Əvvəlki məqalə

Azərbaycanda gündəlik neft hasilatı 575,5 min barel olub

Sonrakı məqalə

Ukrayna Rusiyanın Kiyevin bombalanması bəyanatına cavab verib