Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı müzakirə olunub.
Eləcə də, koronavirus pandemiyası ətrafındakı vəziyyətə və infeksiya ilə mübarizədə görülən tədbirlərə toxunulub.