Yanvarın 18-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələlərinin gələcək perspektivləri müzakirə edilib.
Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə edilib.
Azərbaycan və Rusiya Prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.