Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İrana səfər edəcək

07 Dekabr 2020 - 12:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 dekabrda İranın paytaxtı Tehran şəhərinə səfər edəcək.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında bildirib.

O qeyd edib ki, C. Bayramov səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək. (APA)