Azərbaycana yay gəlib

21 İyun 2021 - 07:53

Azərbaycana yay fəsli daxil olub.

Yay fəsli saat 07:32-də ölkəmizə daxil olub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq. (APA)