Azərbaycanda 220 nəfər COVİD-19-a yoluxub –

533 nəfər COVID-19-dan sağalıb, 6 nəfər vəfat edib
27 May 2021 - 16:41

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 533 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 806 nəfər müalicə olunaraq sağalıb, 4 891 nəfər vəfat edib, aktiv xəstə sayı 5620 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 369, ötən müddət ərzində isə ümumilikdə 3 486 381 test aparılıb.