Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 831 110 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 631 nəfər müalicə olunaraq sağalıb, 10 226 nəfər vəfat edib, aktiv xəstə sayı 253 nəfərdir.
Ölkədə son sutka ərzində 637, hazırkı dövrədək isə 7 583 322 test aparılıb.