Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb-

509 nəfər yoluxub
13 May 2021 - 20:24

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509yeni yoluxma faktı qeydə alınıb, 1427nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 328668 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 311198 nəfər müalicə olunaraq sağalıb, 4742 nəfər vəfat edib, aktiv xəstə sayı 12728 nəfərdir.