Lavrov Ceyhun Bayramova zəng vurdu, Laçındakı vəziyyət müzakirə edildi

Mayın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıblar: “Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların ( ötən il Azərbaycan, Rusiya, Ermənstan rəhbərliyi arasında bölgədə atşkəs, işğal altında olan bəzi rayonların boşaldılması, ərziyə Rusiya sülhmərəmlıların yerləşdirilməsi və nəqliyyat infrastrukturunun bərpası ilə bağlı bəyantlar imzalanıb) həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər”.

**

Rusiyanın xarici işlər naziri Lavrov Azərbaycanlı həmkarı Ceyhun Bayramovla Ermənistan-Azərbaycan sərhədindəki son vəziyyəti müzakirə edib.

Azpost.info bildirir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər vəziyyətə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanatın müddəalarına uyğun olaraq riayət edilməsinin vacibliyini təsdiq ediblər.

“Vəziyyətin siyasi-diplomatik metodlarla həllinin mühümlüyü qeyd olunub. Situasyanın normallaşması üçün bütün vasitəilik səylərinin göstəməyə hazır olmağımız vurğulanıb”-deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Ermənistan Azərbaycanın Laçın rayonu ilə sərhəddə yerləşən Qaragöl ərazisində demarkasiya aparılmasını “sərhədin pozulması” kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır

Sonrakı məqalə

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb-