Azərbaycanda bir gündə 514 nəfər yoluxub –

1306 nəfər COVID-19-dan sağalıb, 15 nəfər vəfat edib
11 May 2021 - 16:46

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İindiyədək ümumilikdə 327 601 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4713 nəfər vəfat edib, aktiv xəstə sayı 14 571 nəfərdir.