“Azərbaycanda hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı var”

- Rövnəq Abdullayev
10 Dekabr 2019 - 14:25

Azərbaycanda hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı var.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 10-da Bakıda “Baker Hughes” şirkəti tərəfindən təşkil olunan “Energy Forward” tədbirdə deyib.

SOCAR-ın prezidenti qeyd edib ki, Azərbaycanda 2 milyard tondan çox neft hasil olunub. Bu, tək bizim üçün deyil, dünyanın bütün digər neft hasilatı ölkələri üçün də böyük rəqəmdir. Ancaq, eyni zamanda, bu o deməkdir ki, əgər biz hazırda çıxarılabilən neftin misal üçün 50 faizini hasil etməyi bacarırıqsa, deməli, yerin altında hələ hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı mövcuddur(azərtac).