Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri artıb

- RƏQƏMLƏR
02 Dekabr 2019 - 12:24

Bu il noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 1 607,2 mln. manat təşkil edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu, oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 127,1 mln. manat və ya 8,6% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 325,4 mln. manat və ya 16,8% azalıb.

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 071,7 mln. manata bərabər olub.