Azərbaycanda koronavirusa qarşı vaksinasiya pulsuz  həyata keçiriləcək –

AÇIQLAMA
15 Dekabr 2020 - 16:03

Koronavirusa qarşı vaksinasiya pulsuz  həyata keçiriləcək.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. 

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib ki, “Ənənəvi yolla hazırlanan peyvəndlər daha təhlükəsizdir. Ola bilər digər yolla hazırlanan peyvəndlər bundan yaxşı olacaq. Bunu sadəcə zaman göstərə bilər”.

O qeyd edib ki, immun sistemi çalışmasa, vücudun bütün sistemi çökəcək: “Çində “CoronaVac” peyvəndi uzun zamandır hazırlanır. Türkiyədə də minlərlə insanın üzərində bu peyvəndlər bağlı tədqiqatlar aparılır. Hələ əks göstərişlə bağlı məlumat yayılmayıb. Biz ilk növbədə peyvəndlərə inanmalıyıq. 1941-1945-ci illərdə Vəli Axundov adına institut ölkədə yeganə peyvənd hazırlayan institut olub və minlərlə insanın həyatını xilas edib. Vaksinasiya ilə bağlı bizim kifayət qədər təcrübəmiz var”.