Azərbaycanda koronavirusla bağlı ümumi test sayı açıqlandı

23 İyun 2020 - 21:25

Bu gün Azərbaycanda koronavirusla bağlı 6 464 test aparılıb.

Bu barədə “Report” TƏBİB-ə istinadən xəbər verir.

Bildirilir ki, bununla da ölkədə koronavirusla bağlı ümumi test sayı 432 858-ə çatıb.