Azərbaycanda orta aylıq əməkhaqqı 712 manata çatıb

11 Mart 2020 - 10:10

Bu ilin yanvar ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,8% artaraq 712,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, orta aylıq nominal əməkhaqqı artım dinamikası ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz bəndi artıb. (APA)