Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Azərbaycanda potensial zəlzələ ocaqları hansı ərazilərdir?

User 19 İyul 2025 - 17:15 (Last updated: 19 İyul 2025 - 10:28)
zelzele trk
Zəlzələ necə baş verir?

Yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə olunan və böyük ərazini əhatə edən hərəkətli səthlər – plitələr mövcuddur.

Mütəxəssislərin fikrincə, məhz həmin plitələr hərəkət edərkən bir-birinə davam gətirə bilmədikləri üçün “qırılmalar baş verir” və bu da zəlzələ yaradır.

Azərbaycan seysmik baxımdan harada yerləşib?

Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir.

Əslində hər gün “zəlzələ” baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir.

Azərbaycanda zəlzələ yaradan amillər hansılardır?

Azərbaycanda qeydə alınan zəlzələlər əsasən tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır.

Bununla belə, antropoloji – yəni insanların fəaliyyəti nəticəsində də zəlzələ riskləri yaranır.

Antropoloji təsirlərə neft-qaz yataqlarının dərin işlənməsi, neft quyularının qazılması, eləcə də qrunt sularının və su anbarlarının qeyri-peşəkar səviyyədə işlənməsi və digər amillər daxildir.

Potensial zəlzələ ocaqları hansı ərazilərdir?

Azərbaycanda seysmik cəhətdən 5 aktiv zona var:

  • Böyük Qafqaz dağlarının cənub yamacı (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala zonası)
  • Kiçik Qafqaz dağlarının şimal yamacı (Qarabağ, Mingəçevir, Gəncə, Şəmkir zonası)
  • Talış dağları ərazisi
  • Quba-Xaçmaz bölgəsi
  • Xəzər dənizi

Bu ərazilər potensial zəlzələ ocaqları kimi səciyyələndirilir.

Seysmik aktivliyə nəzarət olunurmu?

Seysmoloji təhlükələrin qiymətləndirilməsi üzrə mütəxəssis Qulam Babayevin sözlərinə görə, texnologiyanın inkişafına baxmayaraq, hələlik tektonik plitə və blokların hərəkətinə tam nəzarət etmək mümkün deyil.

Lakin GPS stansiyalar vasitəsilə onların hərəkət istiqaməti və illər boyu yaratdığı dəyişikləri müşahidə edərək riskli əraziləri müəyyənləşdirmək olur.

Hazırda Azərbaycanda əsas tektonik blokları müşahidə edən 32 GPS stansiyası mövcuddur.

Lakin aktiv qırılma zonaları və blokların hərəkətini nəzərə alsaq hazırda GPS stansiyalarının sayının 2-3 dəfə artırılmasına ehtiyac var,- deyə mütəxəssislər bildirir.

FOTO: Azərbaycanda ən böyük hərəkətlilik Cənub blokunda müşahidə edilir – ildə təxminən 13 millimetr.

GPS stansiyalar nə edir?

Azərbaycanda quraşdırılan GPS stansiyalar tektonik blokların hərəkət fərqini hesablamağa və gərginliyin toplandığı əraziləri aşkar etməyə imkan verir.

GPS stansiyaların işlənməsi üzrə mütəxəssis Rafiq Səfərov bildirib ki, ümumiyyətlə Azərbaycan ərazisinə ən çox Ərəbistan plitəsi təsir göstərir.

“Qırmızı dənizdə süxurların yer üzərinə çıxıb bərkiməsi nəticəsində Ərəbistan plitəsi şimal və şimal-şərqə doğru hərəkət edir və bu təzyiq Azərbaycandakı blokları kobud dildə desək şimala tərəf sıxışdırır. GPS stansiyalarla həmin blokların hansı sürətlə getdiyini və gələcək riskləri müəyyənləşdiririk”, – Rafiq Səfərov deyib.

Azərbaycanda ən böyük hərəkətlilik Cənub blokunda müşahidə edilir – ildə təxminən 13 millimetr. Onun qarşısında olan Abşeron bloku isə ildə təxminən 1-2 millimetr məsafə qət edir – başqa sözlə desək çox kiçik sürətlə də olsa, Cənub bloku nisbətən ləng hərəkət edən Abşeron blokuna yaxılaşır və onlar arasında gərginlik toplanır. Bu proses Azərbaycan ərazisində olan digər tektonik bloklar arasında da gedir.

Müasir texnologiya blokların hərəkətini, seysmik aktivliyi, qırılma xətlərini tətqiq etməyə imkan versə də, hələlik zəlzələnin baş verəcəyi tarixi və gücünü əvvəlcədən müəyyən etmək mümkün deyil.

Bəs tarixini və gücünü bilmədiyimiz zəlzələyə necə hazırlaşmalıyıq?

Zəlzələnin baş verəcəyi vaxtı müəyyənləşdirmək mümkün olmasa da, onun dağıdıcı təsirini azaltmaq imkanları mövcuddur.

Bura tikinti prosesində mühəndis işləri kimi struktur yanaşma ilə yanaşı, maarifləndirmə kimi qeyri-struktur həll variantı da daxildir.

Təbii fəlakətlər və ekologiya üzrə təhlilçi Rövşən Abbasova görə, “təəssüf ki, Azərbaycanda həm struktur, həm də maarifləndirmə işində ciddi səhlənkarlığa yol verilir”.

Buna nümunə kimi, o, yeni inşa edilən binalar arasında məsafənin saxlanılmaması, tikinti ərazisinin düzgün seçilməməsi, hazır binalarda mənzil sahəsinin qanunsuz artırılmasını göstərir.

Bina və ictimai iaşə obyektlərinin infrastruktur quruluşu da, məsələn pilləkənlərdə əlillər üçün pandusun qoyulmaması kimi nüanslar da zəlzələ zamanı çevik evakuasiyanı ləngidən amillərdəndir.

Məktəblərdə və iş yerlərində zəlzələ zamanı insanlara nəzəri biliklərin verilməməsi və praktiki həyəcan məşqlərinin keçirilməməsi də insanları zəlzələ zamanı davranış vərdişlərinə öyrənməkdən məhrum edir.

Bu isə təbii proses olan zəlzələni təbii fəlakətə çevirir.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü –
Next: “Açıq müzakirələrə böyük ehtiyac var” –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.