Azərbaycanda son sutkada 3705 nəfər COVID-19-a yoluxub-

4210 nəfər sağalıb, 42 nəfər vəfat edib
19 Dekabr 2020 - 15:32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.