Azərbaycanda son sutkada 432 nəfər yoluxub –

1024 nəfər COVID-19-dan sağalıb
18 May 2021 - 16:40
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanAPA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 330701 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 316439 nəfər müalicə olunaraq sağalıb, 4802 nəfər vəfat edib, aktiv xəstə sayı 9460 nəfərdir.