Azərbaycanda son sutkada 4323 nəfər COVID-19-a yoluxub-

2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
05 Dekabr 2020 - 16:03

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4323 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.