“Azərbaycanda tibbi maskaların istehsalı idxaldan asılılığı aradan qaldıracaq”

- Niyazi Səfərov
07 Aprel 2020 - 12:30

Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunun işə salınması daxili tələbatı tam ödəyəcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, artın yerli istehsalın işə salınması idxaldan asılılığın aradan qaldıracaq.

“Bildiyiniz kimi, baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlər tibbi ləvazimatların və maskaların ixracını qadağan etmişdirlər. Ölkə başçısı tərəfindən Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində görülən tədbirlər nəticəsində, həmçinin sahibkarlara göstərilən dəstək ölkədə belə bir istehsalın qısa bir zamanda təşkilində zəmin yaratdı”, – deyə nazir müavini qeyd edib.