“Azərbaycanda tibbi maskaların istehsalı idxaldan asılılığı aradan qaldıracaq”- Niyazi Səfərov

Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunun işə salınması daxili tələbatı tam ödəyəcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, artın yerli istehsalın işə salınması idxaldan asılılığın aradan qaldıracaq.

“Bildiyiniz kimi, baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlər tibbi ləvazimatların və maskaların ixracını qadağan etmişdirlər. Ölkə başçısı tərəfindən Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində görülən tədbirlər nəticəsində, həmçinin sahibkarlara göstərilən dəstək ölkədə belə bir istehsalın qısa bir zamanda təşkilində zəmin yaratdı”, – deyə nazir müavini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya vətəndaşı olmaq istəyən əcnəbilərlə bağlı yenilik

Sonrakı məqalə

İtaliya tarixinin ən böyük təşviq paketini açıqladı