Rusiya vətəndaşı olmaq istəyən əcnəbilərlə bağlı yenilik- Ölkəsinin vətəndaşlığından imtina etmək tələb olunmayacaq

Rusiya hökuməti əcnəbilərə Rusiya vətəndaşlığını almaq prosedurunun sadələşdirilməsi haqqında qanun layihəsini Dövlət Dumasına göndərib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni qanun layihəsində Rusiya vətəndaşlığı almaq istəyən xarici ölkə vətəndaşlarına Rusiya vətəndaşlığını qəbul edərkən mənsub olduğu ölkənin vətəndaşlığından imtina etməmək icazəsi verir.

Qeyd edək ki, indiyə kimi Rusiya vətəndaşlığı almaq istəyən əcnəbi şəxslər üçün şərtlərdən biri mənsub olduğu ölkənin vətəndaşlığından imtina etmək idi. Bundan sonra isə bu şərt tələb olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb

Sonrakı məqalə

“Azərbaycanda tibbi maskaların istehsalı idxaldan asılılığı aradan qaldıracaq”