Azərbaycanda uşaqların sayı niyə azalır? –CƏDVƏL/RƏQƏMLƏR

Bakı Araşdırmalar İnstitunun İqtisadi qrupu ölkədə uşaqların sayı ilə bağlı infoqram tərtib edib. 
Azpost.info bildirir ki, bu barədə ekspert Samir Əliyev bildirib.
Onun sözlərinə görə, ölkədə uşaqlarımız getdikcə azalır: “Bunu statistikamız deyir. Məsələn, çox da uzaq olmayan dövrdə – 2005-ci ildə əhalinin 31.8%-i 17 yaşına qədər uşaqlar təşki edirdisə, 2022-ci ildə bu göstərici 26.3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb”-deyə ekspert bildirib.
Onun sözlərinə görə, azalma özünü daha çox qız uşaqlarında göstərir. Bu müddətdə oğlan uşaqlarının sayı 2.1% artdığı halda qızların sayı 6% azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2.5%-dən 3.7%-ə yüksəlib.
AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.