Azərbaycanın icmal büdcəsinin profisiti yanvar-martda ÜDM-in 5,5%-ni təşkil edib

Cari ilin I rübündə icmal büdcənin gəlirləri 6 968,8 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 458,6 mln. manat və ya 26,5% çoxdur.

Maliyyə Nazirliyindən Azpost.info-ya verilən məlumata görə, icmal büdcənin xərcləri isə 5 921,3 mln. manat icra olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204,4 mln. manat və ya 3,6% çoxdur. Nəticədə icmal büdcədə 1 047,5  mln. manat büdcə profisit  yaranıb.

Qeyd edək ki, ötən il Azərbaycanın icmal büdcəsinin gəlirləri 24,463 mlrd. manat, xərcləri 29,160 mlrd. manat təşkil edib. Yaranmış kəsir 4,698 mlrd. manata bərabər olub ki, bu da ÜDM-in 6,5%-i təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha 12 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib

Sonrakı məqalə

Neft Fondunda cari ilin birinci rübündə 212,7 milyon manat profisit yaranıb –