Azərbaycanda 8 şirkətə sahib olan “Modern” Şirkətlər Qrupuna yeni rəhbər təyin edilib.
Mehman Veysəlov İdarə Heyətinə sədr təyin edilib.
Buna qədər isə bu vəzifəni Anar Bayramov tuturdu və cari ilin noyabrında bu vəzifədən istefa verərək, “Modern” Şirkətlər Qrupuna məxsus digər təşkilat – “Az-Granata” MMC-yə rəhbər getmişdi.
Mehman Veysəlov artıq vəzifəsinin icrasına dekabrdan başlayıb.
Veysəlov buna qədər “KPMG Azerbaijan” audit şirkəti, “Ceylan” MMC və bir neçə audit və konsultant sahəsi üzrə fəaliyyət göstərən sahələrdə müxtəlif yüksək vəzifələrdə çalışıb.
Bildirək ki, 2011-ci ildə yaradılan “Modern” Şirkətlər Qrupunun kurasiyasında “Modenis” MMC (hansl ki, eManat ödəmə terminalının sahibidir), “Az-Granata” MMC, “Modern Hospital” MMC, “Great Motors” MMC, Alyans Tekstil və “Ağsu Aqropark” MMC kimi şirkətlər daxildir. (banker.az)