Azərbaycanda bu ilin əvvəlinədək neft sənayesinə yatırılan xarici sərmayənin həcmi açıqlanıb.
Economics”in SOCAR-ın dərc etdiyi illik hesabata istinadən xəbər verir ki, 01.01.2021-ci il tarixinə qədər respublikanın neft sənayesinə 95,1 mlrd. ABŞ dollarından artıq xarici sərmayə qoyulub.
Qeyd edək ki, bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında “Hasilatın pay bölgüsü” tipli 37 saziş imzalanıb. Bunlardan 21 saziş Xəzərin Azərbaycan sektorunu, 16 saziş isə quru sahələrini əhatə edir ki, hazırda bunlardan 18 saziş üzrə (7 dəniz, 11 quru sahələri üzrə) işlər həyata keçirilir.