Azərbaycanın otellərində ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir?

05 Fevral 2020 - 09:45

Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrdə bir gecələmədə adambaşına ən çox pul xərcləyən əcnəbi vətəndaşların siyahısı açıqlanıb.

Siyahıda bir gecəsi üzrə adambaşına ən çox norveçli turistlər xərcləyib. Onlar Azərbaycanda hər biri üçün ortalama 208 manatdan çox pul xərcləməli olublar. Maraqlı məqam – siyahıda TOP 10-luq Amerika və Avropa ölkələrinin turistlərini ilə tamamlanır. Asiya ölkələrindən yalnız Qətər 11-ci pillədə 130 manatla qərarlaşır.

Səudiyyə Ərəbistanı vətəndaşları otellərdə gecələmə üçün brounun sayına görə ilk pillədə olsalar da pul xərcləmələrinə görə siyahının 40-cı pilləsində durublar. Bu ölkənin Azərbaycan otellərində 1 gecələməsinə çəkdiyi xərc ortalama 85 manat təşkil edib (ortalama).

Siyahıda ən zəif göstərici İran vətəndaşlarının payına düşür. İranlılar adambaşına otellərdə 57 manat cəmi pul xərcləyiblər.