Azərbaycanın U-21 yığması İngiltərəyə 7-0 uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Samir Əliyevin baş məşqçisi olduğu yığma İngiltərə komandası ilə üz-üzə gəlib.

Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçirilən görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Azərbaycan seçməsi 3 xalla qrupu 6-cı pillədə başa vurub. İngiltərə yığması isə 25 xalla qrup birincisi olub.

Əvvəlki məqalə

İsrail İranın nüvə obyektlərinə zərbə endirməyəcəyinə zəmanət verib

Sonrakı məqalə

Çinin xarici ticarəti 4 trilyon dolları ötüb