Azərbaycanın Ukraynadakı konsulluğu bağlandı –3 ölkə vətəndaşları ölkəni tərk etməyə çağırdı

vəkili
vəkili

Azərbaycanın Ukraynadakı səfirliyi risklərin artması ilə əlaqədar noyabrın 21-22-də konsulluq qəbulunun müvəqqəti dayandırıldığını elan edib.

Azpost.info bildirir ki, Qazaxıstan, Qırğızıstan və Azərbaycan səfirlikləri təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və vəziyyətin pisləşməsi ilə bağlı öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

ArbatMedia-nın məlumatına görə, Qazaxıstan səfirliyi öz vətəndaşlarına vətənlərinə qayıtmaq üçün kommersiya reyslərindən istifadə edərək Polşa və ya Moldova ərazilərindən keçməyi tövsiyə edib.

Qırğızıstan səfirliyi bəyan edib ki, “vəziyyət tam sabitləşənə qədər” Ukraynanı tərk etmək lazımdır.

Öz növbəsində, Azərbaycan səfirliyi risklərin artması ilə əlaqədar noyabrın 21-22-də konsulluq qəbulunun müvəqqəti dayandırıldığını elan edib.

Bundan əvvəl Yunanıstan, İspaniya və İtaliyanın Kiyevdəki səfirlikləri Amerika diplomatik missiyasından nümunə götürərək müvəqqəti olaraq bağlanmışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.