Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları ötüb

“Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin sabit saxlanılması üçün valyuta ehtiyatlarından istifadə etmir, əksinə bazardan valyuta çıxarır”.

Bunu qurumun sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib.

“Son nəticədə həm AMB-nin, həm də Azərbaycanın valyuta ehtiyatları artmaqdadır və artıq ölkəmizin ehtiyatları 51 milyard ABŞ dollarını keçib. Bu isə ölkənin xarici borcundan 5 dəfə çoxdur, illik ümumi daxili məhsulun dəyərinə bərabərdir”, – deyə o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqından çıxmaq İngiltərəyə 170 milyard dollara başa gəlib

Sonrakı məqalə

Yaponiyada balıq hərracda 1,8 milyon dollara satılıb