“Azərbaycanla vacib konsensus əldə etmişik” –

Çin səfiri
23 Oktyabr 2019 - 08:44

“Çin və Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılmasında öz üstünlükləri var”.

Bunu Trend-ə müsahibəsində Çinin Azərbaycandakı səfiri Qo Min deyib. O bildirib ki, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri sürətlə inkişaf edir: “Bu ilin əvvəlindən ölkələr yüksək səviyyədə səfərlər təşkil ediblər, siyasi etimad daim dərinləşməkdədir, ticari-iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq səmərəli nəticələr verir”.

Səfir xatırladıb ki, bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlıq forumunda iştirak etmək üçün Çinə səfər etmişdi. Burada liderlər ikitərəfli münasibətlərin və müxtəlif sahələrdə işgüzar əməkdaşlığın gələcək inkişafı ilə bağlı vacib konsensus əldə ediblər.