“Azərbaycanla yeni müqavilənin imzalanması üçün danışıqlar gedir” –

Paşinyandan mühüm açıqlama
20 May 2021 - 12:09

Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında yeni müqavilənin imzalanması barədə yayılan məlumatı faktik olaraq təsdiqləyib. 

Azpost.info “Sputnik Armenia”ya istinadən bildirir ki, hökumətin bu günkü iclasında çıxış edən Paşinyan bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli danışıqlar gedir. “Əgər Azərbaycan bu ilkin danışıqlarda əldə edilən qərarlarla bağlı öz razılığını versə Ermənistan bu müqaviləni imzalayacaq”– deyə Paşinyan vurğulayıb.

Paşinyan deyib ki, hazırda bu müqavilənin mətnini dərc etmir. Çünki danışıqlar davam edir.