Azərbaycanlı alıcılar Gürcüstanın maşın bazarında 250 min dollar xərcləyiblər –

Ötən il
23 Yanvar 2020 - 11:32

2019-cu ildə Gürcüstandan Azərbaycana 24 314 ədəd minik avtomobili ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin dəyəri 248 769,9 min ABŞ dolları təşkil edib.

2018-ci illə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı 11 269 ədəd, 2017-ci illə müqayisədə isə 19 759 ədəd çoxdur. Son üç ildə Azərbaycan qonşu ölkədən aldığı avtomobillərin sayını 5,3 dəfə artırıb.

2019-cu ildə avtomobillər Gürcüstanın bir nömrəli ixrac məhsulu olub. Qonşu ölkə 686 747 min ABŞ dolları dəyərində minik avtomobili ixrac edib ki, bu da ümumi ixracda 18,2% təşkil edib. İllik müqayisədə Gürcüstanın avtomobil ixracında 68,2% artım qeydə alınıb. (Report)