“Azərbaycanlı namizəd Məsud Pezeşkiyanın şansı artır” –İranda seçkilərlə bağlı ekspert ŞƏRHİ

“Bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. 4 namizəd var, iki nəfər geri çəlib. Hazırda yarış islahat qanadının yeganə namizədi və yeganə azərbaycanlı Məsud Pezeşkiyan sorğularda öndə gedir. İkinci yerdə inqilab rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, üçüncü yerdə isə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf gedir”.
Azpost.info bildirir ki, bu sözləri Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu İranda keçirilən seçkiləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, rəy sorğuları mühüm deyil, seçkilərdə fərqli nəticələr də cıxa bilər: “Digər 3 nəfər mühafizəkar səsləri böləcək deyə Pezeşkiyanın şansi artır”.
Ekspertin fikrincə, ən mühüm nüans isə dini liderin seçkilərə baxişıdir. Ayətullah Əli Xamenei müşahidəmə görə əsas vurğunu seçici aktivliyinə edir: “Yəni ölkə rəhbərliyi kimin seçilməsindən daha çox necə seçilməsi, aktivlikdir. Çünki Pezeşkiyan da inqilab sisteminin yetirməsidir. Ali dini lider hesab edir ki, seçici aktivliyi ölkədə milli birliyi gücləndirəcək, sistem daxili bolunmani, yəni islahat və mühafizəkar qanadi arasında parçalanmanı yumşaldacaq, xaricdən tənqid və ittihamları aradan aparacaq. Çinki son üç ildə hakimiyyətin hər üç qanadına mühafizəkarların liderlik etməsi islahatçıları müxalif cəbhəyə itələyib. Bu da sistemi zəiflədir”.
K.Rövşənoğlunun sözlərinə görə, bu mənada bizim yerli ekspertlərin dediyinin əksinə olaraq İranın ali rəhbərliyi, dərin dövləti kimin seçilməsindən daha çox necə seçilməsi amilinə köklənib: “Pezeşkiyan isə seçkiyə buraxilibsa demək ki, seçilməsinə də maneə olmayacaq. Bu səbəbdən də hazırda namizədlərin şansı bərabərdir. Qalibafa Sepah dəstək versə də, Cəlilinin geri çəkilməməsi göstərdi ki, ali rəhbərlik prosesə süni müdaxilə istəmir. Başqa sözlə Pezeşkiyan da seçilə bilər və maneə olmayacaq. Əsas söz seçicinindir”-deyə o vurğulayıb.
Ekspert deyib ki, seçkilərin ölkədə ciddi sosial-iqtisadi dəyişiklik edəcəyini gözləmir.
Azpost.info
Əvvəlki məqalə

Blinkenin köməkçisi Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirib

Sonrakı məqalə

ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib