Azərbaycanlı xilasedicilər 12 yaşlı qızı dağıntılar altından sağ çıxarıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını zamanı 12 yaşlı qızı sağ çıxarıb.

Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında qalmış yeniyetməni çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.

Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb. (Report)

Əvvəlki məqalə

“TikTok” Rusiyanın feyk xəbər yayan 1700 səhifəsini bloklayıb

Sonrakı məqalə

Bakıda 14 yaşlı qız dəm qazından ölüb