74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı, iyunun 8-də kosmosa uçan türk astronavtı Tuvacihangir Atasevər Laçını ziyarət edib.
Azpost.info bildirir ki, Atasever Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı Laçın rayonunda təşkil edilmiş “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin qonağı olub.
Dövlət Komitəsinin Diasporla İş üzrə Mətbuat Xidmətinin məlumatına görə, astronavtın anası azərbaycanlı olan Atasevər Dövlət Komitəsinin dəvəti ilə gənclər düşərgəsinin iştirakçılarının suallarını cavablandırıb və Laçının bərpası işləri ilə tanış olub.
Qeyd edək ki, Tuvacihangir Atasevər, Türkiyənin 36 000 namizəddən seçilən iki ilk astronavtından biri, 1992-ci ildə Ankarada anadan olub. O, Bilkent Universitetinin Elektrik və Elektronika fakültəsini bitirib. Daha sonra Kaliforniya Universitetində (ABŞ) elektrik və elektronika üzrə magistr dərəcəsi alıb.
V Yay Düşərgəsində 60 ölkədən 115 gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.
