Azərbaycan 10 erməni hərbçisinin meyitini qarşı tərəfə təhvil verib

Azərbaycan Ermənistanın 10 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

O, digər detalları açıqlamayıb və əlavə edib ki, meyitlər ekspertizaya göndərilməlidir.

Qeyd edək ki, bundan əvvəl 133 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib(apa).

Əvvəlki məqalə

DTX-nın rəisi MDB-nin təhlükəsizlik xidməti rəhbərlərinin iclasında iştirak edib

Sonrakı məqalə

Finlandiya XİN Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir