Azərbaycan Avroviziyada finala çıxa bilmədi

“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsində Azərbaycan təmsilçiləri çıxış edib.

Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxıb.

Tural və Turan Bağmanov qardaşları səhnədə “Tell me more” mahnısını səsləndiriblər.

Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsinə yekun vurulub.

Səsvermənin nəticəsinə görə, 10 ölkə finala yüksəlib.

Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib.

Qeyd edək ki, növbəti yarımfinal mayın 11-i keçiriləcək.

Final mərhələsi isə mayın 13-də keçiriləcək.

Əvvəlki məqalə

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür

Sonrakı məqalə

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var