Azərbaycan daha bir idman oyunlarına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə 3×3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarına ev sahibliyi edəcək.

Azərbaycan Basketbol Federasiyasından (ABF) verilən məlumata görə, ABF və Beynəlxalq Basketbol Federasiyası (FIBA) arasında imzalanmış müqaviləyə əsasən, 2025-ci ildən təşkil olunacaq seçmə mərhələ matçları ölkəmizdə keçiriləcək.

Mayın 24-25-də Bakıda baş tutacaq seçmə mərhələ oyunlarında 6 kişi və 6 qadın yığması əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.

Turnirdə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli komandaları da iştirak edəcək.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 kollektivi Dünya Kubokunun əsas mərhələsində iştirak hüququ qazanacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.