Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib –İlham Əliyev

Azərbaycan qazı artıq iki ildir ki, Avropaya ixrac olunur, indi isə Bolqarıstana ixrac ediləcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən deyib.

“Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək. Ötən il bizim Avropaya qaz ixracımız 19 milyard kubmetr olub. Bu il isə 22 milyard kubmetr qaz ixrac etmək niyyətindəyik”, – deyə dövlətimizin başçısı bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.