“Azərbaycan COP29 çərçivəsində Yaponiya ilə birgə işləməyə hazırdır”- PREZİDENT

Yaşıl iqtisadiyyata keçid, yüksək texnologiyaların inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir.

Bunu Prezident İlham Əliyev yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan COP29 çərçivəsində Yaponiya ilə birgə işləməyə hazırdır.

Katsuya Vatanabe öz növbəsində qeyd etdi ki, ölkəsi yaşıl cəmiyyətin qurulması, yüksək texnologiyalar əsasında inkişafa mühüm əhəmiyyət verir və bu sahədə də ölkələrimiz arasında əməkdaşlıq üçün böyük imkanlar var. Səfir Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.