Azərbaycan dörd ayda neftdən 3 milyard dollar gəlir əldə edilib

Bu ilin yanvar-aprel aylarında (01.04.2022-01.05.2022 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 2 898 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.

ARDNF-dən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 1 437 mln. dollar səviyyəsində idi.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Əvvəlki məqalə

Qaçmaq istəyən narkokuryer polisə atəş açdı –

Sonrakı məqalə

Elgizin verilişinə görə ARB-yə cəza verildi –