Azərbaycan dövlət büdcəsindən xarici yardımlara 22 mln. manat xərcləyəcək

Azərbaycanın 2020-ci il dövlət büdcəsi xərclərində xarici yardımlar üçün 22 mln. manat vəsait nəzərdə tutulub.

APA-Economics” bu barədə gələn ilin dövlət büdcəsinin göstəricilərinə istinadən xəbər verir.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bır sıra məsələlər barədə Azərbaycan Prezidentinin Fərmanında Nazirlər Kabinetinə bu vəsaitin xərc istiqamətləri üzrə bölgüsünü həyata keçirmək tapşırılıb.

Bundan başqa, Fərmanda Nazirlər Kabinetinə Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifləri əsasında vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi qaydalarını hazırlayıb doqquz ay müddətində təsdiq etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Minsk razılaşmaları”na yenidən baxılması nəticəsində proses dalana dirənəcək”

Sonrakı məqalə

“Bu, daxili siyasi mübarizənin davamıdır”