Azərbaycan hərbçisi Kəlbəcərdə minaya düşüb –Sol ayağı amputasiya edilib (RƏSMİ)

Yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən məlumata görə, müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DSX-nin hərbi qulluqçularının öldürülməsi ilə bağlı cinayət işi başlanıb –

Sonrakı məqalə

“Hökumət hər min manatın cəmi 4 manatını uşaqlar üçün xərcləyir” –