Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Azərbaycan hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayıb

Orkhan Ali 11 Noyabr 2024 - 14:20 (Last updated: 21 May 2025 - 20:15)
1731319707318603255_1200x630

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) başlanğıcında Azərbaycan hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq, iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürüb.

Bəyannamənin imzalanma mərasimində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un gənc iqlim çempionu Leyla Həsənova, yüksəksəviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.

UNICEF Azərbaycan hökumətinin bu bəyannaməni imzalamaqla götürdüyü öhdəliyi alqışlayır. Belə ki, bu bəyannamə inklüziv, həmçinin uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir.

İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq, yəni dünyadakı uşaqların yarısı iqlim dəyişmələri və çirklənmənin təsirlərindən “son dərəcə yüksək risk” altında olan 33 ölkədən birində yaşayır.

“Bu gün biz, Azərbaycanın uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq edirik”, – deyə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29 Prezidenti Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib: “Biz hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırırıq”.

“Uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir”, – deyə UNICEF-in icraçı direktoru Ketrin Rassell bildirib. O deyib: “Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır”.

UNICEF digər ölkələri də bu bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişikliklərinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırır.

Bəyannamənin icrasını dəstəkləmək üçün UNICEF hökumətlər və tərəfdaşlarla birgə, uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışır. Məqsəd bu xidmətləri iqlim dəyişikliklərinə davamlı və təsirlərə cavab verə bilən etməkdir.

Post navigation

Previous: Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Next: Rusiya ordusu Xarkovda bir kəndi nəzarətə götürüb

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.