“Azərbaycan İranın xarici hücumlara qarşı qalası olub” –İranın dini lider Xameneyi

“Azərbaycan İranın xarici hücumlara qarşı qalası olub. Çar Rusiyası, Osmanlı İmperiyası və Sovet İttifaqı ilə qarşı-qarşıya idik. Təbriz, müqavimət, və şəhidlər olmasaydı, bu təcavüz ölkənin sərhəd bölgələrinə də yayıla bilərdi”.

Azpost.info Mehr agentliyinə istinadən bildirir ki, bu sözləri İranın ali dini rəhbəri Xameneyi 17 fevral 1978-ci ildə Təbrizdə baş vermiş kütləvi etiraz aksiyasının ildönümü ilə bağlı Azərbaycan əhalisi ilə keçirdiyi videokonfrans vasitəsilə görüşdə deyib.

Xameneyi deyib ki, Azərbaycan tarixinə doğru yanaşma olmadan İran tarixinə münasibət səhvdir: “Təbrizlilərin dastanı olmasaydı, Qum qanlı hərəkatı tək qalar və unudula bilərdi.

Ayətullah Xameneyi çıxışı zamanı vurğulayıb ki, Azərbaycan görkəmli şəxsiyyətlərin sayəsində özünü təqdim edib: “Bu bölgənin xüsusiyyətlərindən biri də elitizmdir. Son 200 ildə Azərbaycanın bölgəsinə nəzər saldıqda, hərəkətli aktiv bölgə olduğunu görürük.

Dini lider bildirib ki, islam inqilabının naliyətlərini izahında zəif olublar. O ölkənin ictimai-siyasi həyatında müşahidə olunan narazılıqlara da toxunub: “İnqilabın nailiyyətləri haqqında daha çox danışmalıyıq. Düşmən uğursuzluqlarımıza qarşı təbliğat və psixoloji müharibə aparır. Bəzi narahatlıqlar və uğursuzluqlarımız var”. 

Xameneyi ölkədəki seçkiləri “böyük bir fürsət” adlandırıb: “Bu fürsət əldən qaçırılmamalıdır. Seçkilər ölkənin tərəqqisi üçün böyük bir potensiala malikdir. Biz çox söz, vəd eşitmişik və əməldə bu sözlər, vədlər pozulub. Sözlər faydasızdır. Bu dəfə yalnız hərəkətə ehtiyac var. Keçmişdə olduğu kimi sözlər və vədlərlə qane olmayacaq”.

Azərbaycan əhalisi ilə görüş İRİB canlı yayımlanıb.

17 fevral 1978-ci ildə Şaha qarşı etiraz aksiyasına qalxan Təbriz nümayişləri  islam inqilabının aktif fazaya keçməsində mühüm rol oynayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran, Rusiya və Türkiyə Suriya ilə bağlı birgə bəyanat yayıb

Sonrakı məqalə

Dəyirmanı olan şəxslərə subsidiya veriləcək –