Azərbaycan komandası Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda ilk final çıxışlarını yerinə yetiriblər.

Hər iki idmançı halqa ilə hərəkətlərdə məharətlərini nümayiş etdiriblər.

Hakimlərdən 29.800 xal alan Cəlilova 4-cü yeri tutub. 29.350 xal toplayan Ağamirova isə 6-cı olub.

Qeyd edək ki, bu gün Arzu Cəlilova, həmçinin, top və lentlə, Zöhrə Ağamirova isə gürzlə hərəkətlərdə medal qazanmağa çalışacaq.

Tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda 5 halqa ilə hərəkətlərdə 32.850 xal toplayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan komandası ötən gün çoxnövçülükdə ikinci yeri tutub.

“Report”

Əvvəlki məqalə

Aviqdor Liberman Azərbaycana səfər edəcək

Sonrakı məqalə

Ərdoğan və Zelenski Mariupoldakı vəziyyəti müzakirə edib