16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası III MDB Oyunları çərçivəsində ilk oyununa çıxıb.
AzPost-un yarışlara ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, A qrupunda yer alan U-16 komandamız Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 29-cu dəqiqədə Nihat Hüseynzadə vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.